UEFA Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu açıqlanıb
UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
“Report” Avropa futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın “Betis” klubundan İsko bu ada layiq görülüb.
Qeyd edək ki, İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Betis” turnirin finalında İngiltərə təmsilçisi “Çelsi”yə uduzub – 1:4.
Mənbə: Report.Az