Şəmkir və Gədəbəydə istedadlı uşaqların müəyyən edilməsi üçün yarış keçiriləcək
Azərbaycan Atletika Federasiyası (AAF) tərəfindən Şəmkirdə və Gədəbəydə istedadlı uşaqların müəyyən edilməsi layihəsində seçmə xarakterli yarış keçiriləcək.
Bu barədə “Report”a AAF-ın mətbuat xidmətindən məlumat verilib.
Turnir Avropa Atletikasının (European Athletics) dəstəyi ilə baş tutacaq.
Mənbə: Report.Az