Sədr: “Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik”
Sədr: “Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik”
“Quba rayonunun Küpçal-Dağlı bələdiyyəsinə aid ərazilərdə son günlər yağan intensiv yağışlar nəticəsində ciddi fəsadlar yaranmışdır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədrin sözlərinə görə, güclü yağıntılar səbəbindən əraziyə su gətirən boru xətləri zədələnmiş, bəzi hissələrini sel suları yuyub aparmış, digərləri isə torpaq sürüşməsi nəticəsində uçqun altında qalmışdır.
Bu səbəbdən yerli əhali içməli su problemi ilə üzləşmiş, gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkmişdir. Küpçal-Dağlı bələdiyyəsi olaraq vəziyyətə dərhal müdaxilə edilmiş, ərazidə operativ şəkildə bərpa işlərinə başlanılmışdır.
Sədr qeyd edib ki, bələdiyyənin əməkdaşları günlərlə fasiləsiz şəkildə çalışaraq, çətin relyef və əlverişsiz hava şəraitinə baxmayaraq, zədələnmiş boru xətlərinin bərpasını həyata keçirmiş, əhalinin içməli suya olan ehtiyacının ödənilməsi üçün bütün imkanlarını səfərbər etmişdir.
Hazırda işlərin böyük bir hissəsi yekunlaşmış, içməli su təchizatı tədricən bərpa olunmaqdadır. 120 millimetr diametrli, uzunluğu 32 kilomter su xətti cari təmir olunmuşdur. Bələdiyyə olaraq əhalinin sosial rifahı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə davam edəcəyik.
Belediyye..info
Mənbə: Meneviyyat.Az/