“Roma” yeni baş məşqçi ilə razılığa gəlib
İtaliya təmsilçisi “Roma” baş məşqçi Can Pyero Qasperini ilə razılığa gəlib.
“Report” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda “Atalanta”nı çalışdıran mütəxəssisin Romanın eyni adlı klubu ilə 3 illik müqavilə bağlaması gözlənilir.
Keçid baş tutarsa, 67 yaşlı baş məşqçi 9 ildən sonra”Atalanta”nı tərk etmiş olacaq.
Qeyd edək ki, Berqamo kollektivi Can Pyero Qasperininin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.
Mənbə: Report.Az