BƏLƏDİYYƏ

Ötən il Şabran bələdiyyələrinin büdcə gəlirləri 14 faiz azalıb

Ötən il Şabran bələdiyyələrinin büdcə gəlirləri 14 faiz azalıb


Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə
Şabran  rayonunda formalaşan 15 bələdiyyənin
büdcə gəliri 629.000 manat olub. 2023-ci ildə bu rəqəm 731.400 manat olmuşdu.  Bu isə o deməkdir, 2023-cü illə müqayisədə 2024-cü
ildə Şabran bələdiyyələrinin büdcə gəlirləri 14 faiz azalıb.

Əldə edilən
gəlirin 20.8 faizi vergilərdən, 79.2 faizi isə rüsumlardan daxil olub. Büdcə gəlirinin
14.6 faizi torpaq, 6.2 faizi əmlak vergisindən daxil olub.

Şabran bələdiyyələrinin
büdcə gəlirinin 70.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub.

Şabran  bələdiyyələri ötən il 326.200 manatlıq torpaq
satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 31 faiz az deməkdir.  İl ərzində Şabran  bələdiyyələrinə 44.100 manat dotasiya
ayrılıb.

Bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan,
bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti
daxil olmayıb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/