Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Ədliyyə naziri Fərid Əhmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda iştirak edir.
Fərid Əhmədov Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib.
Bu sahədə müasir çağırışlar və yeni trendlərlə bağlı danışan nazir Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını qeyd edib.
Səfər çərçivəsində Fərid Əhmədovun Özbəkistanın ədliyyə naziri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi, əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.
Mənbə: Meneviyyat.Az/