Kiyev Ukraynanın bərpası konfransında Türkiyənin iştirakına ümid edir
Kiyev Ukraynanın bərpası layihələrində Türkiyə biznesinin iştirakına yardım etməyə hazırdır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Ukrayna Türkiyə biznesinin müvafiq layihələrdə iştirakına kömək etməyə hazırdır. İyulda (10-11 iyul) Romada keçiriləcək Bərpa üzrə Konfransda Türkiyə nümayəndə heyətinin iştirakını gözləyirik”, – o qeyd edib.
Mənbə: Report.Az