BƏLƏDİYYƏ

Kamandar Zeynalov: “ Vətəndaş məmnuniyyətinin təmin olunması bələdiyyənin kollektivi  üçün hər zaman prioritet məsələdir”

Kamandar Zeynalov: “ Vətəndaş məmnuniyyətinin təmin olunması bələdiyyənin kollektivi  üçün hər zaman prioritet məsələdir”

“Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sakinlər tərəfindən bələdiyyəyə edilən müraciətlərin müsbət həlli  istiqamətində ciddi addımlar atılır”- bu fikirləri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin yeni seçilən sədri Kamandar Zeynalov bildirib.

Sədr daha sonra əminliklə bildirir ki, vətəndaş məmnuniyyətinin təmin olunması bələdiyyənin kollektivi  üçün hər zaman prioritet məsələdir.

Sakinlər tərəfindən edilən müraciətə əsasən  bu günlərdən bələdiyyə qəsəbənin Ùzeyir Hacıbəyov kùçəsində yaranmış zibil tullantılarının qalıqlarının yığışdırılması üçün bələdiyyə kollektivinin birgə səyi ilə daşınaraq ərazi təmizlənmişdir. Bələdiyyənin bu addımı sakinlər razılıqla qarşılamışlar.

Sədr daha sonra qeyd edib ki, ilk gündən etibarən əsas vəzifəmiz həm də BAMS-ın verdiyi imkandan yaralanmaqdır. Ərazidə təsürrüfatların, vətəndaşlara məxsus əmlakın BAMS sisteminə işlənilməsi sürətlə davam etdirirlir. Bələdiyyənin vergi xidmətinin əməkdaşları daim sakinlərlə görüşlərini davam etdirərək həm bildirişləri paylayır, həm də vətəndaşı narahat edən suallar cavablandırılır. Bu gün  vergi xidməti BAMS-ın yaratdığı imkandan var qüvvəsi ilə yaralanmağa çalışır..

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir