DÜNYA

HƏMAS hazırda Uittkoffun təklifi ilə bağlı məsləhətləşmələr aparır

Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs üçün aldığı son təkliflə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.

“Həmas Fələstin qrupları ilə ABŞ-ın xüsusi nümayəndəs Steven Uitkoffun atəşkəs təklifini müzakirə etməyə davam edir”, – bəyanatda bildirilir.

Mayın 30-da hərəkatın siyasi büro üzvü Basem Naim izah edib ki, qrup Uitkoff planına İsrailin də cavabını alıb. O, bunun Fələstin xalqının heç bir tələbinə cavab vermədiyini hesab edir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir