DÜNYA

Hakan Fidan: Ukraynada sülhə bir il ərzində nail olmaq mümkündür

Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir.

“Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik nizamlanmanın yeni başlanğıcı oldu. Biz İstanbulda əldə edilmiş impulsu, dinamikanı qorumaq istəyirik və danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırıq”, – o qeyd edib.

Mənbə: Report.Az