“Bələdiyyə parkı”ında 20 ədəd tullantı qabları yerləşdirib
“Bələdiyyə parkı”ında 20 ədəd tullantı qabları yerləşdirib
Sumqayıt
bələdiyyəsi 2025-ci il üzrə nəzərdə tutduğu tədbirlər planına uyğun olaraq fəaliyyətini
davam etdirir. Sakinlərin rahat istirahətinin, rifahının təmini məqsədilə bələdiyyə
tərəfindən bir sıra layihələr icra edilməkdədir.
Belə
ki, ətraf mühitin təmizliyini hər zaman fəaliyyət istiqamətində prioritet hesab
edən qurum “Bələdiyyə parkı” ərazisinə 20 ədəd tullantı qabları yerləşdirib.
Yeni qoyulan qablar öz keyfiyyəti, iri tutumu ilə seçilir.
Sumqayıt bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/