İDMAN

Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir vi, indiyədək 16 mütəxəssis belə uğura imza atıb.

Cari mövsümün həlledici matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir.

Azərbaycan Kubokunu qazanan baş məşqçilər

1. Qurban Qurbanov – 6

2. Mehman Allahverdiyev – 4

3. Agasəlim Mircavadov – 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – 2

8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir