Sabah”ın futbolçusu: “Bizi Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir
“Sabah”ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir.
“Report”un məlumatına görə, bunu “Sabah”ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.
O, “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm”.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Mənbə: Report.Az