BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Vətəndaşlarla görüşlərdə yığılan vergilərin kəndin problemlərinin həllinə yönəldiləcəyi xüsusilə qeyd edilir”

Bələdiyyə sədri: “Vətəndaşlarla görüşlərdə yığılan vergilərin kəndin problemlərinin həllinə yönəldiləcəyi xüsusilə qeyd edilir”

“Bələdiyyə sədri seçiləndən sonra ilk addımım bələdiyyənin
ümumi vəziyyəti ilə tanışlıq olub”-bu fikirləri Şabran rayonu Ağalıq bələdiyyəsinin
sədri Elnur Bəybalayev deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin fəaliyyəti daim sakinlərin
diqqətində olub. İlkin fəaliyyət dövründə vətəndaşlarla görüşlərə üstünlük verən
sədr bildirib ki, əsas məqsəd bu gün sakinlərin üzləşdiyi problemləri dinləmək
və perspektivdə bələdiyyədən asılı olan məsələlərin həllinə nail olmaqdır.
Bununla yanaşı sakinlərə vergi ödənişi ilə bağlı vergi xidmətinin əməkdaşları
ilə birgə maarifləndirici söhbətlər də aparılmaqdadır.

Bəzən vergilərin hesablanmasında rast gəlinən anlaşılmazlıq
aradan qaldırılır və vergi ödəyicilərinə vergini  hər zaman vaxtında ödəmək tövsiyə edilir.

Vətəndaşlarla görüşlərdə yığılan vergilərin məhz kəndin
problemlərinin həllinə yönəldiləcəyi barədə fikirlər xüsusilə qeyd edilir.
Aparılan söhbətlərdən sonra azda olsa bələdiyyənün büdcəsinə  vergi ödənişləri daxil olmaqdadır. Ümid
edirik ki, proses getdikcə sürətlənəcəkdir. Sadəcə leysan yağışlar fəaliyyətimizə
müəyyən mənada problem yaratmış oldu.

Ağalıq bələdiyyəsinin DSMF və əmək haqqı borcları demək olar
ki, yox səviyyəsindədir.

Bələdiyyə iclaslarının tam şəffaf keçirildiyini  deyən sədr bildirib ki, iclaslarda sakinlərin
qaldırdığı  bütün məsələlər müzakirəyə
çıxarılaraq qəbul edilir.

Qeyd edək ki, Ağalıq bələdiyyəsinin hər  iclasında 10 bələdiyyə üzvü iştirak edir. Bir
nəfər bələdiyyə üzvünün  iş və yaşayış
yerinin dəyişməsi ilə əlaqədar öz arzusu ilə bələdiyyə üzvlüyünə xitam
verilmişdir.

Əlavə edim ki, Elnur 
Bəybalayev Ağalıq bələdiyyəsinin on nəfərin iştirakı ilə keçirilən  ilk iclasında yekdilliklə bələdiyyə sədri
seçilib.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir