Azərbaycan malları erməni bazarlarında satılacaq – Simonyan
“Ermənistanla Azərbaycan sülh içində yaşayacaq, qarşılıqlı ticarət əlaqələri qurulacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Azərbaycan malları bizim bazarlarımızda, erməni məhsulları da onların bazarlarında satılacaq. Eynilə əvvəllər olduğu kimi azərbaycanlılar və ermənilər yan-yana yaşayacaqlar”, – Simonyan bildirib.
O qeyd edib ki, ermənilər gürcülər və ruslarla da ticarət əlaqələri qurublar, hazırda da bu əlaqələri davam etdirirlər. Eyni şəkildə Azərbaycan və Türkiyə ilə də ticarət əlaqələrinin qurulması normaldır./Globalinfo.az
Mənbə: Turkustan.Az