MƏDƏNİYYƏT

Aktyor Novruz Axundov: SSRİ dağılan ərəfədə mənə fəxri ad veriləcəkdi, sonra yaddan çıxdı

Sənət adamları arasında mübahisə həmişə olub, yaradıcı adamların mübahisəsindən, fikir ayrılığından təbii nə ola bilər?

Bu fikirləri “Report”a müsahibəsində aktyor, rejissor Novruz Axundov deyib.

Aktyor bu kimi mübahisələrin əvvəl olduğu kimi indi də olduğunu əlavə edib:

“Görüşürlər, öpüşürlər, hər şey əla, amma bir də görürsən elə bir situasiya yaranır ki, bir-birinin arxasınca danışırlar. Düzdür, yaxşı hal deyil, adamı incidir, amma belədir”.

Novruz Axundov fəxri ad almaması məsələsinə də toxunub:

“Əslində, SSRİ dağılan ərəfədə mənə ad veriləcəkdi, siyahıda var idim, nəsə sonra olmadı, yaddan çıxdı. Amma mən heç vaxt fəxri ad marağında olmamışam. Küçəyə çıxanda beş nəfər məni tanıdısa, bu bəs edir. Mənə bax! Gör necə qocalmışam. Amma bu simanı tamaşaçı tanıyır, bu hər şeydən qiymətlidir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir