BƏLƏDİYYƏ

Telman Süleymanov: “Həssas qruplardan olan sakinlərimizə bələdiyyə tərəfindən daim qayğı göstərilir”

Telman Süleymanov: “Həssas qruplardan olan sakinlərimizə bələdiyyə tərəfindən daim qayğı göstərilir”

“Şüvəlan
qəsəbəsində həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir.
Şəhid, qazi və aztəminatlı ailələrlə, habelə ahıllara qayğının göstərilməsi və ildən-ilə
bu diqqətin artırlması istiqamətində bələdiyyə tərəfindən ciddi işlər aparılmaqdadır.”

Belediyye.infonun
xəbərinə görə, bu fikirləri  Xəzər
rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Telman
Süleymanov bildirib ki,  Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş -xalq dayanır: “Odur ki,
bələdiyyə üzvləri çalışır ki, onun seçiciləri yaxşı yaşasın, onların problemləri  vaxtinda həll edilsin. Bələdiyyə hər birimizindir. Bələdiyyənin bu yerə çatmasında hər
bir vətəndaş öz töhfəsini verib. Bələdiyyə  də bunun müqabilində onlara diqqət və qayğı
göstərməyi unutmur”.

Sədr
qeyd edib ki, Müqəddəs Ramazan günlərində Xəzər RİH -in təşəbbüsü ilə bələdiyyə tərəfindən  daha 40 həssas
qrupa aid ailələrə bayram sovqatı təqdim edilib.  Bayram sovqatı bələdiyyə üzv və
qulluqçularının iştirakı ilə təqdim edilib.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/