Kanada iyulun 1-də Avropanın silahlanma planına qoşula bilər
Kanada iyulun 1-də Avropanı yenidən silahlandırmaq planına qoşulacağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karni “CBC” telekanalına bildirib.
“Biz bu istiqamətdə çox irəliləyiş əldə etmişik, ona görə də 1 iyul – Kanada gününə qədər biz konkret bir şey görmək istərdik”, – o, müvafiq məsələyə toxunaraq deyib.
Mənbə: Report.Az