BƏLƏDİYYƏ

Fidan Fərzəliyeva: “Torpaqdan istifadədə ədalət və qanunçuluğun təmin olunması bizim əsas hədəfimizdir”

Fidan Fərzəliyeva: “Torpaqdan istifadədə ədalət və qanunçuluğun təmin olunması bizim əsas hədəfimizdir

“Zəbt
olunmuş torpaq və əkin sahələri ilə bağlı Ləcədi kəndində sakinlərlə növbəti
görüş keçirildi. Kənd təsərrüfatı torpaqları kənd sakinlərinin əsas dolanışıq
vasitəsidir və onların bu torpaqlara olan hüquqları qanunla qorunur. Bu gün Ləcədi
kəndində vətəndaş müraciətləri əsasında torpaq və əkin sahələrinin qanunsuz zəbt
olunması ilə bağlı əraziyə baxış keçirilmiş, mövcud vəziyyət yerində qiymətləndirilmişdir”-
bu fikirləri Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Sədr
sakinlərlə fərdi görüşlərin  aparıldığını,
onların şikayətlərinin dinlənildiyi və faktiki vəziyyətlə bağlı ilkin qeydlərin
götürüldüyünü bildirib.

Aparılan
müşahidələr nəticəsində bəzi torpaq sahələrinin qanunsuz istifadə olunduğu və
bu məsələnin kənd əhalisi arasında ciddi narahatlıq doğurduğu müəyyən olundu.

Məsələyə obyektiv və hüquqi qiymət verilməsi məqsədilə
aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə komissiya yaradılmışdır.

Sədr sakinlərlə
keçirilən  görüşdə daha sonra  qeyd edib ki, t
orpaqdan istifadədə ədalət
və qanunçuluğun təmin olunması bizim əsas hədəfimizdir. Bütün proses şəffaf şəkildə
aparılacaq və nəticələr barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir