Azərbaycan sülh danışıqlarının təşəbbüskarıdır
Azərbaycan sülh danışıqlarının təşəbbüskarıdır
Məlum olduğu kimi may ayının 20-də Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev Macarıstan respublikasına rəsmi səfərə gedib. Səfər zamanı Macarıstan respublikasının dövlət başçısı Viktor Orban görüş keçirilib. Görüşdən sonra hər iki Dövlət başçısının mətbuata birgə bəyanatları olub. Azərbaycan prezidenti İlham Əliyev mətbuata açıqlaması zamanı yüksək səviyyəli Macarıstan-Azərbaycan əlaqələrinə toxunmaqla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi ilə də bağlı mühüm mesajlar vermişdir.
Son vaxtlar Ermənistanda revanşist qüvvəllərin və onun bəzi Beynəlxalq dairələrdəki havadarlarının aktivləşməsi fonunda Cənab prezidentin bu mesajları verməsi böyük əhəmiyyətə malikdir. Cənab prezident Azərbaycanın müharibənin cəmi 44 gün ərzində aparılmasını xüsusi vurğulayaraq, hərbi əməliyyatların beynəlxalq qanunlara uyğun aparıldığını bir daha diqqətə çatdırmışdır. Azərbaycanın müharibəni BMT-nin Nizamnaməsinə və qəbul ediımiş qətnamələrə uyğun apardığını bəyan edən İlham Əliyev müharibədən sonra aparılan sülh prossesinə də toxunmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunduqdan və Ermənistanın məğlubiyyətindən sonra da sülh danışıqlarının təşəbbüskarı olduğumuzu Cənab prezident öz açıqlamadında vurğulamışdır. Sülh müqaviləsinin Azərbaycan tərəfindən tərtib olunduğunu və Ermənistanın bu mətni qəbul etdiyini bildirən İlham Əliyev, əsas şərtimiz olan Ermənistan konstitutsiyasında ərazi iddiası ilə bağlı dəyişikliyin olmasını və ATƏT-in Minsk qrupunun ləğvi məsələsində qarşı tərəfin şərtləti qəbul etməməsini də nəzərə çatdırmışdır. Lakin fikrinin sonunda gec-tez Ermənistanın bu məsələdə razılığa gəlməyə məcbur olacağını da xüsusilə qeyd etmişdir. Cənab prezidentin bu açıqlamaları bir daha göstərir ki, onun bu istiqamətdə apardığı siyasətdə mövqeyi qətiyyətlidir və Ermənistan rəhbərliyini eləcədə onun havadarlarlnı bir daha ağıllı siyasət aparmağa dəvət edərək sülh prossesinə maneə törətməməyə çağlrışdır. Əks halda fikirlərində qeyd etdiyi kimi 44 gündə Ermənistan aldığı zərbəni unutmamalıdır. Azərbaycanın atacağı addımlar Beynəlxalq hüquq normalarına uyğun və qətiyyətli olacaqdır.
Anar Xəlilov
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini:
Mənbə: Meneviyyat.Az/