DÜNYA

Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul danışıqlarının nəticələrini Ukrayna rəsmiləri ilə müzakirə etmək üçün həftə sonunda Kiyevə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Fidan Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir.

Hazırda o, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada ikigünlük səfərdədir. Dünən Rusiya Prezidenti Vladimir Putin Fidanı Kremldə qəbul edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir