Rusiya BMT TŞ-nin iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib
Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə iclasını çağırıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Moskva iclasın mayın 30-na təyin ediləcəyini gözləyir. Bu xahiş Qərbin Ukraynada humanitar vəziyyətlə bağlı mayın 29-da BMT TŞ-nin iclasının keçirilməsini tələb etməsinə “güzgü” cavabıdır”, – o qeyd edib.
Mənbə: Report.Az