SİYASƏT

Qərbi Azərbaycan Xronikası: İran ermənilərinin yerləşdirildiyi türk yurdu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İran ermənilərinin yerləşdirildiyi türk yurdu” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala toponimi haqqında söz açılır.

Bildirilir ki, Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək üçün ermənilər daim əməliyyatlar keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə özününküləşdirib.

Vurğulanır ki, bu toponimlərin erməni tarix kitablarında hayların uydurduğu kimi yazılsa da, reallıqda oğuz-qıpçaq tayfalarına məxsusluğu danılmaz faktdır: “Əminik ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı erməni uydurmalarının üstündən birdəfəlik xətt çəkəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı süjetdə:

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir