Mingəçevirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov dəfn edilib – YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovla Mingəçevirdə keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Ə.Novruzovun nəşi Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Mingəçevir şəhəri və ətraf rayonlardan rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovun meyitinin qalıqları Mingəçevir şəhərinə gətirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Mingəçevirdə ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu il oktyabrın 15-də Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci il martın 12-də həmin kənddə itkin düşüb.
Ə.Novruzov Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.




Mənbə: Report.Az