MƏDƏNİYYƏT

Milli Kitabxana ötən il dövlət büdcəsindən ayrılan vəsaitə 15 faizə yaxın qənaət edib

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası 2024-cü ildə dövlət büdcəsindən ayrılmış 7,8 milyon manat vəsaitə qarşı icra 6,7 milyon manat icra edib.

“Report” xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, bu vəsait ümumi məbləğin 85,9 faizi olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir