BƏLƏDİYYƏ

Eyvaz Orucov: “Cari ildə əldə olunan vəsaitin 20 faizi bələdiyyənin yaratdığı dayanıqlı maliyyə mənbələrindən daxil olub” 

Eyvaz Orucov: “Cari ildə əldə olunan vəsaitin 20 faizi bələdiyyənin yaratdığı dayanıqlı maliyyə mənbələrindən daxil olub” 

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin aprel ayı üzrə bələdiyyə büdcəsinin gəlirləri 2.6 dəfə artıb”- bu fikirləri Qax bələdiyyəsinin sədri Eyvaz Orucov bildirib. 

Sədrin sözlərinə görə, 2024-cü il in aprel ayı üzrə əldə olunan 3.923 manatın  1.853 manatı əmlak vergisindən, 620 manatı torpaq vergisindən, 300 manatı mərasim (xeyr-şər) çadırından, 400 manatı dəfn xidmətlərindən daxil olan rüsum, 650 manatı sahibkarlıq subyektlərindən daxil olan ödəniş, 100 manat səyyar ticarətdən daxil olan ödəniş təşkil edib. 

2025-cü ilin aprel ayı  üzrə  əldə olunan 10.628 manatın 3.311 manatı əmlak vergisindən, 1.127 manatı torpaq vergisindən, 600 manatı mərasim çadırından, 550 manatı dəfn xidmətlərindən daxil olan rüsum, 930 manatı sahibkarlıq subyektlərindən daxil olan ödəniş, 3.750  manatı isə  torpaq satışından daxil olub.

Sədr bildirib ki, 78 faiz əmlak vergisində, 82 faiz torpaq vergisində artım olub. Bu artım isə həm BAMS-da tətbiq edilən yeniliklərin, həm də bələdiyyənin vergi xidmətinin səyi nəticəsində əldə olunub.   

Sədr sonda bildirib ki, cari ildə əldə olunan vəsaitin 20 faizi bələdiyyənin yaratdığı dayanıqlı maliyyə mənbələrindən daxil olub.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir