Aqil Şirinov: Avropada İslam və müsəlmanların mənfi obrazı tarixən formalaşıb
Avropada islamofobiyanın artmasının səbəblərindən biri İslama qarşı tarixən mənfi obrazın formalaşdırılmasıdır.
“Report” xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Avropada islamofobiyanın artması XX əsrin ikinci yarısından etibarən əhəmiyyətli dərəcədə sürətlənib. Bunun əsas səbəblərindən biri müsəlman ölkələrindən Qərbə miqrantların kütləvi köçü olub.
Məlumat yenilənir
Mənbə: Report.Az