SİYASƏT

Vəfat etmiş bütün seçicilərin adı seçici siyahısından çıxarılıb

Vəfat etmiş bütün seçicilərin adı seçici siyahısından çıxarılıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın bu gün keçirilən tədbirində deyib. O qeyd edibb ki, ölkə üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesi yekunlaşıb.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməlidir.
MSK ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsini may ayının 30-dən həyata keçirməlidir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir