Spiker: Bişkek Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır
Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.
“Report” Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek İrəvanda erməni həmkarı Alen Simonyanla danışıqlar zamanı bildirib.
Mənbə: Report.Az