BƏLƏDİYYƏ

Samir Nağıyev Neftçala bələdiyyəsinin sədri seçilib

Samir Nağıyev Neftçala bələdiyyəsinin sədri seçilib

Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən fevral ayının
sonlarında Neftçala bələdiyyəsinə  üzv
seçilmiş şəxslərin iştirakı ilə  bələdiyyənin
ilk iclası keçirilib.  Bu barədə  Belediyye.infoya məlumat Neftçala bələdiyyəsindən
daxil olub.

15 bələdiyyə üzvünün iştirakı ilə keçirilən iclasda bələdiyyənin
sədri və  sədr müavini seçilib.   İclasda Samir Nağıyev sədr, İmamnəzər Nağıyev  və Ramil Cəfərov isə yekdilliklə sədr
müavinləri
seçiliblər.

Sədr və sədr müavinləri  onlara göstərilən
etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini 
bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq üçün bütün  qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, sədr seçilən Samir Nağıyev 3249 səs yığaraq təsdiq olunan üzvlərin
siyahısında
birinci yeri tutub. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir