“Şamaxı” klubu Brahim Konate ilə yolları ayırıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, 28 yaşlı fransalı yarımmüdafiəçi bölgə təmsilçisinə ötən ilin yayında transfer olunmuşdu.