DÜNYA

Qəzza Humanitar Yardım Fondu bölgəyə yardım çatdırmağa başlayacaq

ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Yardım Fondu (GHF) mayın 26-da Fələstin anklavına yardım çatdırmağa başlayacaq və həftə sonuna qədər 1 milyon insanı əhatə etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

“Yük maşınlarımız yüklənib və göndərilməyə hazırdır. Mayın 26-dan başlayaraq GHF Qəzzaya birbaşa yardımın çatdırılmasına başlayacaq ki, bu da həftənin sonuna qədər 1 milyondan çox fələstinlini əhatə edəcək. Biz növbəti həftələrdə Qəzzanın bütün əhalisinə yardım göstərməyə başlamaq üçün fəaliyyətimizi sürətlə genişləndirməyi planlaşdırırıq”, – GHF öz bəyanatında qeyd edib.

Həmçinin fond onun yaradılmasına qarşı çıxanları tənqid edərək, onları həll olunmayan problemlərin yaradıcı həllinə mane olmaqda ittiham edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir