Kamandar Zeynalov: ” Konkret layihə əsasında inşa edilən inzibati bina da kollektivin hər bir üzvünün normal şəkildə fəaliyyəti üçün bütün məqamlar nəzərdə tutulub”
Kamandar Zeynalov: ” Konkret layihə əsasında inşa edilən inzibati bina da kollektivin hər bir üzvünün normal şəkildə fəaliyyəti üçün bütün məqamlar nəzərdə tutulub”
“Hazırda Bilgəh bələdiyyəsinin vergi xidməti tərəfindən sistemli şəkildə vergi ödəyiciləri ilə maarifləndirici söhbətlər aparılır, vətəndaşı narazı sala biləcək məqamlar dərhal yerindəcə araşdırılaraq aradan qaldırırlır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov bildirib.
Sədrin sözlərinə görə, artıq bələdiyyə sədri olaraq fəaliyyətinin yüz günü tamam olur. Ötən müddət ərzində istirahət günlərinin sayı çox olsa da, bələdiyyə olaraq fəaliyyətimizi hər gün davam etdirmişik. Ən əsası isə hazırda ötən üç ay ərzində bələdiyyə özünə inzibati bina inşa etdirməkdədir. Konkret layihə əsasında inşa edilən inzibati bina da kollektivin hər bir üzvünün normal şəkildə fəaliyyəti üçün bütün məqamlar nəzərdə tutulub.
Yaxın günlərdə artıq fəaliyyətimizi yeni inzibati binada davam etdirəcəyik. Bu həmdə vətəndaşlara xidmət səviyyəsini artırmağa imkan verəcəkdir.
Bununla yanaşı tədiyə bildirişlərinin elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi məsələsinin qanuna əlavə edilməsi nəticə etibari ilə həm büdcə gəlirlərinin artımına səbəb olacaqdır.
Bələdiyyənin vergi xidmətinin əməkdaşları bütün hallarda prosesə indidən hazırlaşır və aparılan söhbətlərdə də bu mövzuya diqqət çəkilir. Yeni tətbiq edilən e-belediyye.az portalında bütün hallarda vətəndaş öz kabinetinə daxil olmaqla bu yalnışlığı, əgər olubsa, elektron qaydada həll edə bilər.
Nəticə etibari ilə son illərdə atılan addımlar, xüsusən də BAMS-ın ƏMDX məlumat sisteminə inteqarsiya edilməsi, BAMS proramının təkmilləşdirilməsi həm bələdiyyənin büdcə gəlirlərinin artımına, həm də vətəndaş-bələdiyyə münasibətlərində yaranan problemlərin birdəfəlik həlli olunmasına şərait yaradıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/