Daha bir icra başçısı bələdiyyə üzvləri ilə görüşüb
Daha bir icra başçısı bələdiyyə üzvləri ilə görüşüb
1 aprel 2025-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Nahid Bağırov İsmayıllı bələdiyyəsinin inzibati binasında olub. Bu barədə məlumat adıçəkilən
bələdiyyədən daxil olub.
RİH
başçısı, əlaqədar məsul şəxslər və bələdiyyə üzvlərinin iştirakı ilə baş tutan
görüşdə bələdiyyələr qarşısında duran vəzifələr, görülməsi zəruri olan işlər
geniş müzakirə olunub.
İcra
başçısı vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması barədə bələdiyyə rəsmilərinə
tövsiyələrini verib. Görüşdə qarşıda duran vəzifələrin icrasına məsuliyyətlə
yanaşılmasının vacibliyini vurğulayıb.
Bələdiyyənin
sədri Qüdrət Kazımov kollektivin üzərinə düşən vəzifələrin layiqincə icra ediləcəyinə
ciddi səy göstəriləcəyini bildirib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/