1 manatlıq məhsul həyatınızı qurtara bilər – İNANILMAZDIR!
Gündəlik həyatımızda dəyərini az bildiyimiz bəzi məhsullar var ki, onlar fövqəladə hallarda həyati əhəmiyyət daşıya bilər. Mütəxəssislər bildirirlər ki, apteklərdə cəmi 1 manata satılan aktivləşdirilmiş kömür tableti bəzi hallarda insan həyatını xilas edə bilər.
Turkustan.az xəbər verir ki, mədə-bağırsaq zəhərlənməsi, qaz yığılması, ishal və digər mədə pozğunluqları zamanı istifadə edilən bu sadə dərman, bədənin zəhərli maddələri udaraq sürətlə təsir göstərməsi ilə tanınır.
Toksikoloqlar bildirir ki, aktiv kömür tableti, xüsusilə yüngül zəhərlənmələrdə ilkin yardım vasitəsi kimi istifadə edilə bilər. Hər bir evdə ehtiyat üçün saxlanması tövsiyə olunur.
Qeyd edək ki, hər hansı dərmandan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək vacibdir. Aktiv kömür bəzi hallarda digər dərmanların təsirini azalda və ya uyğun olmayan şəkildə təsir edə bilər. /Bakıvaxtı.az/
Mənbə: Turkustan.Az