İDMAN

PSJ 16-cı dəfə Fransa Kubokunun qalibi olub

PSJ Fransa kubokunun finalında “Reyms”i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə ölkə Kubokunu qazanıb.

“Report”un məlumatına görə, qarşılaşma Parisin “Stad de Frans” stadionunda baş tutub.

Matçın əsas qəhrəmanı Bredli Barkola olub, fransız 2 qol vurub və məhsuldar ötürmə edib. Daha bir qolu Əşrəf Hakimi vurub.

Bundan əvvəl Luis Enrikenin komandası Birinci Liqanın qalibi olub. Fransa nəhəngi həmçinin Çempionlar Liqasını qazanmağı hədəfləyib. PSJ finalda “İnter”lə qarşılaşacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir