SƏHİYYƏ

Bu tərəvəzin kişilərə faydası AÇIQLANDI

Pomidor yalnız dadlı tərəvəz olmaqla kifayətlənmir, həm də zəngin qida maddələri ilə doludur. Onun tərkibində fol turşusu, kalium, həmçinin C və K vitaminləri kimi bir sıra vacib vitamin və minerallar mövcuddur.

Turkustan.az xəbər verir ki, fol turşusu DNT-nin və qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır və bunun sayəsində anemiyanın qarşısını alır. Kalium ürək döyüntülərinin tənzimlənməsinə, eləcə də bədənin turşu-əsas balansının qorunmasına kömək edir və karbohidratların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır.

Pomidorun tərkibindəki C vitamini güclü antioksidant kimi çıxış edir, yaraların daha tez sağalmasını təmin edir, immun sistemini gücləndirir və dərinin sağlam görünüşünü dəstəkləyir. Bu vitamin isə qan laxtalanmasını tənzimləyir və sümüklərin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Beta-karoten və likopen kimi maddələr pomidorlara xərçəngə qarşı qoruyucu xüsusiyyətlər verir, hüceyrələrin zədələnməsinin qarşısını alır və həmçinin xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Tədqiqatlar göstərir ki, pomidor suyu immunitet sistemini gücləndirən immun hüceyrələrinin sayını artırmağa kömək edir. Həmçinin, pomidorun zəngin antioksidant tərkibi kişilərin reproduktiv sağlamlığına da müsbət təsir göstərir. Bununla yanaşı, pomidor liflərlə zəngindir ki, bu da həzm prosesini asanlaşdırır.

Lakin bütün bu faydalara baxmayaraq pomidorun bəzi vəziyyətlərdə istifadəsi məsləhət görülmür. Məsələn, böyrək xəstəlikləri, ürək-damar problemləri və yüksək təzyiq zamanı duzlu və turşuya qoyulmuş pomidorlardan uzaq durmaq lazımdır. /Milli.az/









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir