Bələdiyyə sədri: “Ramazan bayramının sonuncu günü 30 ailəyə bayram sovqatı paylanılıb”
Bələdiyyə sədri: “Ramazan bayramının sonuncu günü 30 ailəyə bayram sovqatı paylanılıb”
“Ramazan bayramının müsəlman aləminin ən gözəl, tarixi, ruzi-bərəkət bayramlarından biri olduğunu vurğulayan Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov ölkəmizdə həmişə olduğu kimi, bu ildə də bu bayramın yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb.
Bayramın ölkəmizin hər yerində yüksək səviyyədə qeyd edildiyini, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın firavan və əmin-amanlıqla yaşadığını qeyd edən bələdiyyə sədri bayram mərasimlərində dövlətimizin inkişafı və tərəqqisi üçün duaların edildiyini, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş etdirildiyini bildirib.
Sədr qeyd edib ki, Nizami rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə, Ramazan bayramının sonuncu günü 30 ailəyə bayram sovqatı paylanılıb.
Mənbə: Meneviyyat.Az/