SİYASƏT

Azərbaycan səfiri Ekvador Prezidentinin andiçməsində iştirak edib

Azərbaycanın Ekvadordakı səfiri Rəşad Novruz bu ölkənin Prezidenti Daniel Noboanın andiçmə mərasimində iştirak edib.

“Report” xəbər verir ki, azərbaycanlı diplomat bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ekvador Prezidenti Daniel Noboa və vitse-prezident Mariya Xose Pinto ilə görüşməkdən böyük şərəf duydum”, – səfir qeyd edib.

O, həmçinin əlavə edib ki, Ekvador rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və iki ölkə arasında əlaqələrin genişləndirilməsi niyyətini çatdırıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir