DÜNYA

Tramp ABŞ-nin nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis edib

ABŞ Prezidenti Donald Tramp nüvə reaktorlarının tikintisi layihələrinin təsdiq prosedurunu sürətləndirmək və nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis etmək haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi, Ağ evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf Oval kabinetdə imzalanma mərasimində bildirib.

O qeyd edib ki, bu sənəd Pentaqonun ehtiyacları üçün elektrik enerjisi istehsalında, həmçinin süni intellekt texnologiyaları üçün məlumatların işlənməsi mərkəzlərində istifadə olunacaq reaktorların tikintisini sürətləndirməyə imkan verəcək. “Bundan başqa, bu fərmana uyğun olaraq xüsusi elçi vəzifəsi yaradılır və nüvə texnologiyalarının ixracı strategiyası hazırlanır”, – o əlavə edib.

“İdeya ondan ibarətdir ki, biz Amerika sənayesini bu cür texnologiyalarda maraqlı olan xarici alıcılar hesabına inkişaf etdirə biləcəyik”, – Şarf vurğulayıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir