Salyan bələdiyyələrinin büdcəsinin 52 faizini dövlətdən ayrılan maliyyə vəsaiti təşkil edib
Salyan bələdiyyələrinin büdcəsinin 52 faizini dövlətdən ayrılan maliyyə vəsaiti təşkil edib
Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə
Salyan rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 1.045.500 manat olub. Bu 2023-ci illə müqayisədə 88.2 faiz artıqdır.
Əldə edilən gəlirin 13.7 faizi vergilərdən, 86.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 8.9 faizi torpaq, 4.8 faizi əmlak vergisindən daxil olub.
Salyan bələdiyyələrinin büdcə gəlirinin 33.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən daxil olub. Salyan bələdiyyələri ötən il 216.000 manatlıq
torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 1.5 faiz az deməkdir.
Büdcə gəlirlərinin 20.7 faizi məhz bu istiqamətdən daxil olub.
Salyan
bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil
olan gəlirlərin həcmi 13.3 faiz çox olub.
Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 137.900
manat maliyyə vəsaiti daxil olub.
Mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən il ərzində 600 manata yaxın vəsait daxil olub
Avtodayanacaqlardan, bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahələrində stasionar
və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,
daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı
vergi və rüsüm daxil olmayıb.
İl ərzində Salyan bələdiyyələrinə 547.400 manat
dotasiya və subvensiya ayrılıb. 2023 -cü il ərzində
isə Salyan bələdiyyələrinə 60.100 manat dotasiya ayrılmışdır. Beləliklə, Salyan
bələdiyyələrinə subvensiya layihəsinin icrası üşün 450 min manatlıq maliyyə vəsaiti ayrılıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/