İDMAN

Maktominey A Seriyasının ən yaxşı futbolçusu seçilib

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey İtaliya A Seriyasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

28 yaşlı yaşlı futbolçu 34 oyuna 12 qol vurub və 6 dəfə məhsuldar ötürmənin müəllifi olub.

Şotlandiyalı Neapol klubuna 2024-cü ildə “Mançester Yunayted”dən gəlib. Futbolçunun italiyalılarla müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, “Napoli” 38 turun yekununda İtaliya çempionu olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir