MƏDƏNİYYƏT

İranın azərbaycanəsilli rejissorunun filmi beynəlxalq mükafata layiq görülüb

İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin “Sadə təsadüf” filmi “Qızıl palma budağı” mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, mükafatlandırma 78-ci Kann Film Festivalının bağlanış mərasimində baş tutub.

Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir