BƏLƏDİYYƏ

İməcilik bələdiyyənin iştirakı ilə təşkil edilib

İməcilik bələdiyyənin iştirakı ilə təşkil edilib

“Masallı rayonu Boradigah bələdiyyəsi və Boradigah ərazi
nümayəndəliyinin birgə iştirakı ilə ərazidə abadlıq və təmizlik işləri həyata
keçirilib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri  Tünzalə Qardaşova bildirib.

Sədr  bu təşəbbüsə
qoşulan, əziyyətini əsirgəməyən hər kəsə dərin təşəkkürünü də bildirməyi
unutmayıb.

Sədr daha sonra qeyd edib ki, iməcilikdə ərazidəki əsas
yolların təmizlənməsi işləri aparılıb, yol kənarları və səkilər alaq
otlarından, kollardan təmzilənib.

İməcilikdə bələdiyyə üzvləri və qulluqçuları, icra
nümayəndəliyinin əməkdaşları və qəsəbə fəalları iştirak ediblər.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir