BƏLƏDİYYƏ

Bələdiyyənin dəstəyi ilə bu rayonda mini-futbol stadionunun açılışı keçirilib

Bələdiyyənin dəstəyi ilə bu rayonda mini-futbol stadionunun açılışı keçirilib

“Nizami
bələdiyyəsi daim secicilərinin qaldırdığı məsələlərin həlli istiqamətində addımlar
atır. Hər bir iclasda müzakirəyə çıxarılan məsələlərin böyük əksəriyyəti məhz bu
məsələlərdir”- bu fikirləri Belediyye.infoya Nizami bələdiyyəsinin sədri Vüqar
Quliyev bildirib.

Sədrin
sözlərinə görə, seçki öncəsi edilən müraciətlərə artıq bələdiyyə iclasında baxılaraq
həlli barəsində qərar verilir. Bələdiyyə tərəfindən Qara Qarayev prospekti
81-85 saylı binaların əhatəsində yerləşən məhəllədə mini-futbol stadionun əsaslı  təmirdən sonra bu gün açılışı keçirilib.

Açılış
mərasimində Nizami bələdiyyəsinin rəsmiləri ilə yanaşı RİH və digər rəsmi qurumların
təmsilçiləri iştirak ediblər. Mini- futbol stadionun ətrafı, meydançanın süni  örtüyü, qoruyucu dəmir torları təmir edilərək
sakinlərin istifadəsinə  verilib. Açılış mərasimindən
sonra rayonun 210 saylı məktəbinin iki komandası arası  da oyun da keçirilmişdir.

Sonda
mini-futbol stadionunun açarı sakinlərə təhvil verilmişdir.

Sədr qeyd edib ki, Nizami bələdiyyəsi  rayonda aparılan abadlıq-quruculuq işlərinə öz
töhfəsini bundan sonra da verəcəkdir.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir