BƏLƏDİYYƏ

Nicat Səmədzadə Siyəzən bələdiyyəsinin sədri seçilib

Nicat Səmədzadə Siyəzən bələdiyyəsinin sədri seçilib

Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən fevral ayında
Siyəzən bələdiyyəsinə  üzv seçilmiş şəxslərin
iştirakı ilə  bələdiyyənin ilk iclası keçirilib.  15 bələdiyyə üzvünün iştirakı ilə ikeçirilən iclasda  bələdiyyənin sədri, sədr müavini və katibi
seçilib.  İclası bələdiyyənin ən yaşlı üzvü Şahin Mirzəyev aparıb.

Üzvlərdən Araz Quliyev, Turab Əsgərov  və Vasif 
Kəbirov  N.E.Səmədzadənin namizədliyini  dəstəkləyərək onun cəmiyyətdə tutduğu mövqe, iş fəaliyyəti haqqında xoş fikirlər səsləndiriblər.  Ağsaqqalın təklifi ilə  nazmizədliyi irəli sürülən Nicat Səmədzadə  müzakirədən sonra  səsvermə əsasında yekdilliklə  Siyəzən bələdiyyəsinin  sədri seçilib.

Nərmin Nəbiyeva bələdiyyənin sədr müavini,  Şəlalə Əliyeva  isə bələdiyyənin katibi seçiliblər.

Sədr, sədr müavinləri və katib  onlara göstərilən etimada görə bələdiyyə üzvlərinə
təşəkkürlərini  bildirməklə yanaşı, bu
etimadı doğrulıtmaq üçün bütün  qüvvələri
ilə çalışacaqlarını bildiriblər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/