H.Z.Tağıyev bələdiyyəsi tədbir keçirib
H.Z.Tağıyev bələdiyyəsi tədbir keçirib
Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində “Məişət zorakılığına qarşı mübarizə və erkən nikaha son” istiqamətində hüquqi müdafiə, maarifləndirmə, qoruma və sosial dəstək məsələlərinə dair tədbir keçirilmişdir.
Tədbirdə, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədr müavini Vüsal Abbasov, Sumqayıt şəhər İcra hakimiyyəti Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin məsul əməkdaşı Cəmilə Məmmədova, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədri Arif Qafarov, Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəbin direktoru İlqar Həbibov və tələbələr iştirak etmişdir.
Tədbir diskussiya formatında keçirilib, iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Maariflənək, zorakılığa və erkən nikaha qarşı birgə mübarizə aparaq!
H.Z.Tağıyev bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/