DÜNYA

Ermənistanın keçmiş müdafiə naziri: Aldığımız Qərb silahlarının təxminən 90 %-i istifadəyə yararlı deyil

Ermənistanın Qərb ölkələrindən aldığı silahların təxminən 90 %-i, o cümlədən texniki səbəblərdən istifadəyə yararlı deyil.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan bildirib.

“Məndə olan məlumata görə, onların (Ermənistan hökumətinin) inciməsinlər deyə adlarını çəkmək istəmədiyim ölkələrdən aldıqları silahların təxminən 90 %-i müxtəlif səbəblərdən istifadəyə yararsızdır. Bəziləri texniki səbəblərdən istifadə oluna bilməz. Artilleriya silahı alıblar, amma onlar üçün mərmi yoxdur, çünki oradakı standartlar fərqlidir”, – o bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir