Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub edib
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
“Report”un məlumatına görə, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib – 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.
Foto: Samirə Həsənova















Mənbə: Report.Az