ABŞ Sudana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
ABŞ Sudanın 2024-ci ildə kimyəvi silahdan istifadə şübhəsi ilə bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Sanksiyalar iki həftə sonra tətbiq edilə bilər. Bura ABŞ hökumətinin kreditlərinə çıxışa məhdudiyyətlər və s. daxildir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, sanksiyalar Federal Reyestrdə dərc edildikdən sonra qüvvəyə minə bilər. Bu da təxminən 6 iyunda ola bilər.
ABŞ xarici siyasət idarəsi Sudan hakimiyyətini “kimyəvi silahdan hər hansı istifadəni dayandırmağa və onun nəzarəti üzrə öhdəliklərinə əməl etməyə” çağırıb.
Mənbə: Report.Az